“Evimdə oturmuşam, söz verirəm ki…” — Elmar Məmmədyarov danışdı

0
165

–Elmar müəllim, vəzifənizi itirdiniz. Özünüzü necə hiss edirsiniz?

-Vəzifə insan üçün əbədi deyil. Ona görə də özümü normal hiss edirəm. Uzun illər çalışmışam, xidmət göstərmişəm.

–Gələcək planınız nədir?

-Mən cəmi iki gündür ki, xarici işlər naziri vəzifəsindən azad olunmuşam. Evimdə oturmuşam. Gələcəklə bağlı hansısa qərarım yoxdur. Söz verirəm ki, hansı qərarım olsa, bunu sizlə bölüşəcəyəm.

–ABŞ-a övladlarınızın yanına gedəcəksiniz, ya Azərbaycanda qalacaqsınız?

-Dedim axı, hələ heç nə qərarlaşdırmamışam. Hansı addımı atsam bunu biləcəksiniz.

–Yeni Xarici işlər naziri Ceyhun Bayramov haqqında düşüncələriniz nədən ibarətdir? Onun diplomat kimi təcrübəsinin olmamasını xüsusi vurğulayanlar var…

-Mən Ceyhun Bayramova uğurlar diləyirəm. Savadlı insandır. Şəxsən də tanışlığımız var. Sualınızın ikinci hissəsinə gəlincə, bu, mənə ünvanlacaq sual deyil. Ona görə də bu haqda özündən soruşsanız daha yaxşı olardı.