Türkiyənin Ərdahan şəhərində kərpic evin damı uçub.
Terefsiz.az -ın xəbərinə görə, Ölçək kəndində evdə olan üç uşaq qəza nəticəsində torpaq altında qalıb.
Fövqəladə idarə əməkdaşları tərəfindən torpaq altında qalan yaralı uşaqlar – 16 yaşlı Eray, 10 yaşlı Dilan və üç yaşlı Bilal Saltaşlar xilas edilərək xəstəxanaya yerləşdiriliblər.
Damın uçmasına güclü qar yağışı səbəb olub.