Evində işləyən qulluqçu qıza təcavüz etdi

0
122

Rusiyanın Sankt-Peterburq şəhərində 26 yaşlı özbəkistanlı gənc evində qulluqçu işləyən qıza təcavüz edib.

Nevnov.ru xəbər verir ki, Özbəkistan vətandaşı olan 28 yaşlı qız sərxoş ev sahibi tərəfindən cinsi təcavüzə uğrayıb.

Qız onu çəngəllə hədələyən təcavüzkardan paltarı cırılmış vəziyyətdə qaçaraq küçəyə çıxıb.

Yoldan keçən insanların köməyi ilə bədəninin müxtəlif yerlərində çəngəl izi olan qız xəstəxanaya çatdırılıb.

Ona təcavüz edən şəxs tutulub, faktla bağlı araşdırma aparılır.

istinad:oxu.az