Arıq, incə-mincə qız –oğlan görüşür, evlənir və artıq bir ailə kimi daha çox vaxt keçirir, bir yeyib, bir içir. Bir də onda ayılırlar ki, qədd qamətli ər qarınlı kişiyə, 56 kiloqramlıq incə, zərif qız isə 70 kiloluq qadına dönüb. Bundan sonra adətən kişilər tərəfindən qadının kilosuna, bədəninə iradlar başlayır, xəyallar suya dönür, ya da bununla barışıb yaşayırlar.
Evləndikdən sonra ər-arvadın kökəlməsi ta qədimdən sübut olunmuş faktdır. Onun tibbi izahı da var.
Terefsiz.az saytı toydan sonra kökəlməyin 5 səbəbini təqdim edir.
1.Qarşı tərəfin vərdişləri Amerika tədqiqatçıları hesablayıb ki, evlilikdən keçən ilk 5 ildə qadınlar 10 kq, kişilər isə 13 kq kökəlir. 25 yaşa kimi evlənən cütlüklərdə kökəlmə daha sürətlə gedir. Birlikdə yemək, soyuducunu doldurmaq, hər gün dadlı yeməklər, kişinin özünü məsul hiss edib daha çox bazarlıq etməsi, qadının evdarlığını göstərməsi üçün fədakarlığı və axırda da bişirilənləri yemək məcburiyyəti nəticədə hər ikisini kökəldir. Kişinin ürəyinə yol mədəsindən keçir, arvad almışam ki, ev yeməyi yeyim kimi fikirlər beyində kök salır və yaxşı yemək sanki birinci məqsədə çevrilir.
2.Romantik içki axşamı Statistika göstərir ki, evləndikdən sonra cütlüklər daha çox alkoqol, şərab, pivə alıb, birgə içir və daha çox qadınlar kişilərə qoşularaq bu vərdişi qazanır. Belə daha romantikdir düşünərək, spirtli içki qəbulundan sonra həm yağlı, həm də duzlu qidalara meyl artır.
3.Qısqanclıq, şübhələr Evləndikdən sonra cütlüklər bir-birinə soyuyacağından qorxur, qadınlar ərindən şübhələnir, bir balaca soyuqluq, diqqətsizlik onların qısqanclıq krizinə salır. Bu fikilər qüssə, depressiya və bunlarla bərabər çox yemək gətirir. Neqativ emosiyalara köklənən qadın daha çox şirniyyat tələb edir və daxili stresini çox yeməklə ört-basdır edir. Nəticədə piylənmə qaçılmazdır. Əgər kişi qadının fiqurasının dəyişdiyini üzünə deyirsə, bu onu daha da çıxılmaz duruma salacaq.
4.Çox sevmək də səbəbdir Qarşı tərəfə aşiqliq, vurğunluq, çox sevmək də artıq çəki gətirir. Bunu alimlər bildirir. Araşdırmalar göstərib ki, nikahda xoşbəxt olduqca iştah da artır, çünki artıq insanda əminlik və təhlükəsizlik hissi artır. Hər şey yaxşıdırsa, deməli, yemək olar.
5.Hormonlar dəyişir Qadınlarda ərə getdikdən sonra hormonal müharibə başlayır: gah kritik günlər, gah hamiləlik, gah südvermə, gah qorunma. Bunlar hamısı çəkini artıra bilir. Üstəlik bəzi hormonal preparatlar onların qızlıq görünüşünü dəyişir. Kişilər də uşaq doğulduqdan sonra kökəlməyə doğru gedir. Uşağın qayğıları, gələcəyi və məsuliyyəti gənc atanı daha çox yeyərək bu hisslərin öhdəsindən gəlməyə sövq edir.
6.Qucaqlaşıb yatmaq Bunu da elmi tədqiqatlar göstərib ki, birlikdə qucaqlaşıb yatan zamanı yuxuda kökəlmə proqramı işə salınır. Digər bir fakt isə əri xoruldayan qadınların gecə yuxusu pozulur, onlarda gecə stres hormonu sintez olur, bu da kökəlməyə səbəb olur. Çıxış yolu: qidalanma rejimini qaydaya salmaq vəzifəsini qadın üzərinə götürür. Mütləq tərəzi alınıb, evdə çəki nəzarətdə saxlanılır.
İstinad: yenicag.az
Terefsiz.az