EYOF-da iştirak edəcək cüdoçularımız bilindi

0
184

İyulun 21-də Bakıda start götürəcək Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 12 cüdoçu təmsil edəcək.

Terefsiz.az saytı Oxu.Az – a istinadən xəbər verir ki, həm oğlanlar, həm də qızlardan ibarət cüdo millimizin üzvləri dörd gün ərzində medallar uğrunda mübarizə aparacaqlar. 

Avropa Gənclər Olimpiya Festivalında cüdo yarışlarına iyulun 24-də start veriləcək. Üç gün baş tutacaq fərdi mübarizələrdən sonra iyulun 27-də qarışıq komanda yarışı keçiriləcək. Ölkəmiz bu mötəbər yarışda səkkiz oğlan və dörd qız cüdoçu ilə təmsil olunacaq.

Yeniyetmələrin Avropa Olimpiya Festivalında Azərbaycanın idman şərəfini qoruyacaq cüdoçular: Gülşən Bəşirova (-44 kq), Səbinə Əliyeva (-48 kq), Aytac Qardaşxanlı (-57 kq), Nərmin Əmirli (-70 kq), İsmayıl Qənbərli (-50 kq), Şükran Zamanlı (-55kq), Turan Bayramov (-60kq), Mətin Rzazadə (-66 kq), Vüqar Talıbov (-73 kq), Məhərrəm İmamverdiyev (-81kq), Ruslan Nəsirli (-90kq), Huseyn Məmmədov (+90).

Qeyd edək ki, cüdo yarışları 24-27 iyul tarixlərində Heydər Əliyev Arenasında baş tutacaq.

Terefsiz.az