Fəhlə tikinti zamanı ikinci mərtəbədən yıxıldı

0
198

Kürdəmir sakini hündürmərtəbəli binadan yıxılaraq xəsarət alıb.

Terefsiz.az saytı Oxu.az – a istinadən xəbər verir ki, hadisə rayonun Atakişilli kəndində məcburi köçkünlər üçün tikilməkdə olan yaşayış massivində qeydə alınıb.

Kənd sakini Rəmzi Qələbə oğlu İsrafilov tikintidə ehtiyatsızlıq edərək, işlədiyi binanın 2-ci mərtəbəsindən yıxılıb.

Yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, tikinti başlayandan bəri bu artıq üçüncü bədbəxt hadisədir. Bundan əvvəl də iki fəhlə məcburi köçkünlər üçün nəzərdə tutulan binanın tikintisində işləyərkən ehtiyatsızlıqdan yıxılıb. Onların həyatını xilas etmək mümkün olmayıb. 

Terefsiz.az