Fəhlə yüksək mərtəbəli binadan yıxıldı

0
162

Abşeron rayonunda fəhlə hündürlükdən yıxılaraq xəsarət alıb. 

Terefsiz.az məlumatına görə, hadisə Masazır qəsəbəsində baş verib. 1996-cı il təvəllüdlü Məmmədov Pərviz Hüseyn oğlu fəhlə işlədiyi binadan yıxılaraq xəsarət alıb.

Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Kəllə-beyib travması alan P.Məmməmədova ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

İstinad: Oxu.az

Terefsiz.az