Çexiyanın gənclər liqasında VIII turun oyunları keçirilib.
Terefsiz.Az xəbər verir ki, Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” doğma meydanda “Pribram”la qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası meydandan ilə ayrılıb – 2:1.
Fərid görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 71-cu dəqiqədə əvəzlənib. Cari mövsümdə 5 qol vuran futbolçumuz bu oyunda fərqlənə bilməyib.
“Slaviya”nın U-21 komandası 8 turdan sonra 15 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.