“Fənərbaxça”dan ayrılmaq istəyir

0
242

“Fənərbaxça”nın qapıçısı Karlos Kameni komandadan ayrılmaq istəyir.

Terefsiz.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, kamerunlu qolkiper bu barədə “Marca” nəşrinə açıqlamasında məlumat verib. 35 yaşlı qapıçı şans verilmədiyi üçün getmək istədiyini bildirib:

“Mənim üçün qarışıq vəziyyətdir. Oynamaq, şans qazanmaq, rəqabət aparmaq istəyirəm. Amma bu, olmaq istədiyim yer deyil. Məyusam və komandadan ayrılmaq istəyirəm”.

Qeyd edək ki, 2017-ci ilin yayında “Malaqa”dan “Fənərbaxça”ya transfer olunan Kameni bu mövsüm İstanbul klubunun heyətində oyun keçirməyib.