Mark Instagramdakı “Reels” funksiyasını Facebookda hər kəs üçün əlçatan edəcəyini deyir.
Instagram yeni qısa videolar yaratmaq üçün funksiyası Reels-i təqdim edib.
Reels istifadəçiləri səs, effekt, yeni yaradıcı vasitələrdən istifadə edərək 15 saniyəyə qədər davam edən videolar yaratmağınıza kömək olur.
Reels videoları post və ya Hekayə olaraq paylaşmaq mümkün olacaq. Həmçinin hər kəsə Açıq Hesabların videoları Kəşf Et-də Reels-ə ayrılmış bölmədə görünəcək.
Instagram, yeni funksiyası ilə istifadəçilərinə kontent istehsalçısı olmaq və dünyanın hər yerindən tanınmaq fürsəti verir.
Reels, Instagram kamerasında yer alır və çeşidli yaradıcı həllər təklif edir. Bunlardır:
– Səs: İstifadəçilər Instagram musiqi kitabxanasından, ya da özlərinin orijinal səslərindən istifadə edə bilərlər. Eləcə də hər kəsə açıq orijinal səsləri, digər istifadəçilər də özlərinin videolarına əlavə edə biləcəklər.
– AR Efektleri: Galeriyada, həm Instagram, həm də dünyanın çeşidli yerlərindəki kontent istehsalçılarının hazırladığı çeşidli Artırılmış Reallıq effektləri var.
– Zamanlayıcı və Geri Sayım: Zamanlayıcı ve geri sayım ilə əllər sərbəst olaraq video paylaşmaq olar.
– Sürətləndirmə: Birləşdiriləcək iki klip arasında hamar keçid yaratmaqdan dolayı klipdəki nəsnələr sürətləndirilə bilər.
– Sürət: Video və səslərin müəyyən bölmələri sürətləndirilə və ya yavaşladıla bilər.
Reels videoları ayrı kliplər şəklində çəkilib birləşdirilə bilər, tək səfərdə çəkilə bilərlər və ya galeriyadan video yükləyərək sürətləndirə bilərlər.
Reels necə paylaşılır?
Hər kəsə Açıq Hesablar, Reels videolarını Kəşf Et-dəki Reels bölməsində paylaşa bilər. Instagram onların Kəşf Et-ə düşməsinə kömək olur. Eyni zamanda, Axın-da izləyicilər ilə paylaşım etmək olur. Müəyyən mahnı, həştəq və effekt istifadə edilən Reels videoları, eyni zamanda o mahnı, həştəq və effektlərə özəl səhifələrdə göstərilə bilər.
Gizli Hesablar, Reels videolarını yalnız izləyiciləri ilə paylaşır. Başqaları bu videolardakı orijinal səsləri istifadə edə bilmir və videoları bu gizli hesabı izləməyən izləyicilər ilə paylaşmır.
Reels videosu hazır olanda, paylaşım ekranında draft qeyd edilə bilər. Əsas foto dəyişdirilə bilər, mətn və ya həştəq əlavə edilə bilər və dostları tag etmək olar. Paylaşılan Reels videoları, profildə Reels-ə özəl bir bölmədə yer alır. Axışda paylaşılan Reels videoları profildəki ana bölmədə də göstərilir.
Reels videolarını, eyni zamanda Story, Yaxın Dostlar və Direct mesajlarda paylaşmaq olar.
Instagram, Reels ilə əldə edirlər.
– İstifadəçilərə özlərini ifadə etmək üçün yeni yaradıcı yollar;
– Sevdiklərinin daha çox insana çatmaq imkanını.
Terefsiz.az