Facebook şirkəti istifadəçi məlumatlarının sızdırılmasına görə 5 milyard dollar dəyərində cərimələndi

0
159

  Terefsiz.az saytı xəbər verir ki,  ABŞ-ın federal ticarət komissiyası Facebookşirkətini 2018-ci ildə 87 milyon istifadəçinin özəl məlumatlarının sızdırılmasının aşkar edilməsi səbəbilə 5 milyard dollar dəyərində cərimələyib.

Bu barədə The Wall Street Journal saytına istinadən Vc.ru saytı xəbər verib. Məlumata əsasən təyin edilmiş bu qərar özündə həmçinin istifadəçi məlumatlarından istifadənin məhdudlaşdırılmasını da birləşdirir. Lakin onun təfərrüatları hələki bilinmir.

Facebook şirkətinin bu ilin birinci rübü üçün olan hesabatında bildirilib ki, şirkət ABŞ hökumətinin istintaqı səbəbilə gözlənilməz vəsaitlər xərcləyə bilər.

Həmin vaxtda şirkət ola biləcək cəriməni 3-5 milyard dollar dəyərində qiymətləndirmişdi. Hər iki tərəf bu mövzuya fikir bildirməkdən imtina edib. 2018-ci ilin mart aynda şirkət 50 milyon istifadəçinin məlumat sızıntısından xəbər vermişdi.

Lakin həmin ilin aprel ayında şirkət təsdiqlədi ki, məlumatları sızdırılmış istifadəçilərin sayı 87 milyondur.

Məlumatların sızdırılmasının əsas mənbəyi isə Cambridge Analytica şirkəti olmuşdu. Şirkət həmin məlumatları Donald Trump-ın seçkiqabağı kampaniyasında istifadə etmişdi. Həmin hadisədən sonra isə ABŞ-n federal ticarət komissiyası bu mövzu ilə bağlı istintaqa start vermişdi.

Terefsiz.az