Facebook şirkəti Libra kriptovalyutasını ABŞ hökumətinin icazəsi olmadan istifadəyə verməyəcək

0
311

Facebook şirkəti Libra kriptovalyutasını ABŞ hökumətinin icazəsi olmadan istifadəyə verməyəcək

  Terefsiz.az saytı xəbər verir ki,  Facebook şirkəti özünün Libra adlı kriptovalyutasını nizamlayıcı orqanların maraqlarını nəzərə almadan və bütün icazələri əldə etmədən istifadəyə verməyəcək.

Bu barədə Bloomberg saytı xəbər verib. Sözügedən kriptovalyuta layihəsinin rəhbəri David Marcus-un sözlərinə əsasən Libra milli valyuta ilə rəqabət aparmayacaq və pul kreditləri siyasəti məsələsində mərkəzi banklara mane olmayacaq. Lakin Facebook hələ də Libra-nı 2020-ci ildə istifadəyə verməyə ümidlidir.

David Marcus bu açıqlamanı Libra layihəsinin ABŞ Konqressindəki müzakirəsi startının fonunda verib.

Qeyd etmək lazımdır ki, Facebook şirkəti Libra kriptovalyutası ilə onun istifadəsi üçün nəzərdə tutulmuş Calibra portmanatını keçən ay təqdim etmişdi. Kriptovalyutanın istifadəyə verilməsi 2020-ci ilin birinci yarısına planlaşdırılır.

Facebook-dan əlavə olaraq sözgüdən layihənin inkişaf etdirilməsində həmçinin MastercardVisaSpotifyPayPal və digər maliyyə və texnoloji şirkətlər məşğul olacaqlar.

Terefsiz.az