Facebook şirkəti Messenger’i yenidən öz əsas tətbiqinə geri qaytarmağı planlaşdırır

0
319

Facebook şirkəti Messenger çatlarını öz əsas mobil tətbiqinə geri qaytara bilər.

Bu funksiya hələki məhdud istifadəçilər vasitəsilə test olunur. Bu barədə The Verge saytına istinadən Gagadget saytı xəbər verib.

Qeyd etmək lazımdır ki, Messenger Facebook-un əsas mobil tətbiqindən 2011-ci ildə ayrıldı. 2014-cü ildə isə o, Facebook tətbiqində ümumiyyətlə ləğv olundu. İndi isə 5 ildən sonra şirkət bu iki tətbiqi yenidən birləşdirmək qərarına gəlib.

Honkonqdan olan tərtibatçı Jane Manchun Wong bu barədə fotonu öz Twitter hesabında təqdim edib. Fotolardan da görmək olar ki, mesajlara keçid etmək üçün Facebook tətbiqindəki Messenger düyməsinə klik etmək lazımdır. Lakin bunu edəndən sonra istifadəçi ayrıca Messenger tətbiqinə deyil, Facebook daxilində Chats adlı yeni bölməyə keçid edəcək.

Tərtibatçı qeyd edib ki, həmin bölmə Messenger-in yalnız məhdudlaşdırılmış funksionallığına sahib olacaq. Yəni istifadəçilər həmin bölmədən yalnız öz aralarında mesajlaşmaq üçün istifadə edə biləcəklər. Lakin fotoların göndərilməsi və zənglərin edilməsi üçün yenə də ayrıca fəaliyyət göstərən Messenger tətbiqinə daxil olmaq lazım gələcək. Messenger tətbiqi həmişəki kimi öz fəaliyyətini davam etdirəcək. Lakin Facebook-dan uzaq bir auditoriya üçün. Bundan əlavə olaraq fotodan da görmək olar ki, sözügedən bölmədə çatlar ağ rəngli dizaynda olacaqlar. Chats bölməsinin Facebook tətbiqində nə zaman hamı üçün aktiv ediləcəyi hələki bilinmir.

İstinad: technote.az