Faciən unudulmazdır, Xocalı!

0
140

25 fevral 2020-ci il tarixində Üzeyir Hacıbəylinin ev-muzeyində Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə tədbir keçirildi.

Terefsiz.az xəbər verir ki, tədbirdə Yasamal rayonunda yerləşən N.Tusi adına gimnaziyanın müəllim və şagirdləri, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri iştirak etdilər. Tədbiri giriş sözü ilə muzeyin şöbə müdiri Gülnarə Ələsgərova açdı. O, Azərbaycanın faciələrinin gənc nəslin yaddaşından  silinməməsi üçün belə tədbirlərin keçirilməsinin vacibliyindən danışdı. Xitabət kürsüsünə N.Tusi adına məktəbin tarix müəllimi Vaqif Qazıyev dəvət edildi. O da tədbir iştirakçılarına Xocalı faciəsinin dəhşətlərindən danışdı. Bu faciəni gözləri ilə görən insanlardan eşitdiklərini onlara söylədi. Belə faciələrin təkrar olunmaması üçün Azərbaycan gənclərini əlbir olmağa, ayıq olmağa səslədi. “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin şagirdləri İsmayılova Fatimə, Əliyev Mətləbxan, Qasımlı Nurəli, Mikayıllı Esmira və başqaları Azərbaycan şairlərinin vətənpərvər şeirlərini söylədilər.

Sonra Şuşa məktəbinin şagirdi Temirova Fəridə royalda Azərbaycanın himnini ifa etdi.

Tədbirdən sonra iştirakçılar muzeyin ekspozisiya zalları ilə tanış oldular.