“Faciəninfotosu” filmi Gəncədə nümayiş olundu.

0
260

“Faciənin fotosu” sənədli filminin 24.01.2020-ci il tarixində Gəncə şəhərində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təqdimatı keçirildi.

Terefsiz.az xəbər verir ki, filmin nümayişindən əvvəl Mirnaib Həsənoğlu filmin yaradıcı heyətini səhnəyə dəvət etdi.  Filmin yaranması səbəblərindən və AFB haqqında gəncəli tamaşaçılara məlumat verdi. Filmin rejissoru Fərqanə Qasımlı film çəklişi zamanı ilk qarşılaşdıqları məlumatları və faciəni lentə alan fotoqrafların xatirələrindən danışdı. Filmin operatoru Ayaz Mikayılzadə isə 1990-cı illərin xətirələri barəsində fikrini bölüşdü. Filmin nümayişindən sonra tamaşaçılardan öz təəssüratlarını yaradıcı heyətlə bölüşmələri  xahiş olundu.

Filmin nümayişinin informasiya dəstəyini Pəri Arifqızı vermişdir.

Film Azərbaycan Fotoqraflar Birliyinin sifarişilə  ARTMAX layihəsinin rəhbəri Ayaz Mikayılzadə və filmin ideya müəllifi Fərqanə Qasımlı tərəfindən ərsəyə gətirilib. Layihənin rəhbər və məsləhətçisi Mirnaib Həsənoğludur.

Film “20 Yanvar” hadisələrindən 30 il ötməsi ilə əlaqədar olaraq Azərbaycan Fotoqrafları Birliyinin  apardığı araşdırmalar nəticəsində çəkilən fotolar və arxivlərin saxlanılması haqqında məlumatlar toplanaraq tarixi faciyəyə şahidlik edən fotolardan və onların müəlliflərindən bəhs edir. Filmdə AFB, AzərTaç, ARTFAKTOR agentliyinin və fotoqrafların şəxsi arxivlərindən istifadə olunub. Filmin nümayişində Gəncədən olan AFB üzvləridə iştirak edirdilər.