Fahriye Evcen oğlunu təbrik etdi: “Qütb ulduzum…” – FOTO

0
147

Türkiyənin məşhur aktrisası Fahriye Evcen oğlunun ad günü münasibətilə paylaşım edib.

Terefsiz.az xəbər verir ki, aktrisa “Instagram” hesabında evinin bağçasında oğlu ilə birgə çəkdirdiyi şəkli paylaşıb.

Evcen övladına hisslərini bu cür ifadə edib:

“Karanım… Gülüşün dünyada eşitdiyim ən gözəl səs, qoxun ən gözəl qoxu… Gözlərin gördüyüm ən güclü işıq… Göy üzündəki ulduzdan da, günəşdən də daha parlaq mənə üzün… Qütb ulduzum…

Sən gülüncə içimdə çiçəklər açır. Sənin canın yanarsa, qəlbim sızlayar… Sən demə, qəlbim sənsən… Qəlbim…

Hər zaman yaxşı ol, Karanım. Bil ki, bu uzun yolda mən həmişə sənin yanındayam… Əvvəl bu qədər mənalı görünmürdü bunu demək: Nə yaxşı ki, doğulmusan, oğlum… nə yaxşı ki.. Anan”.