Fanatı Messiyə hücum etdi – FOTO

0
100

İspaniya Super Kubokunun final fitindən sonra oyunu izləyən azarkeşlərdən biri təhlükəsizlik işçilərinin diqqətindən yayınaraq meydana daxil olub və Lionel Messini qucaqlamağa macal tapıb.

Foto “Mundo Deportivo” idman nəşrinin “Twitter” hesabında dərc edilib.

Qeyd edək ki, ötən gecə Səudiyyə Ərəbistanında İspaniya Super Kubokunun yarımfinal oyunları keçirilib. Yarımfinal oyununda “Barselona” və “Atletiko” qarşılaşıb. Matç 3:2 hesabı ilə “Atletiko” klubunun qələbəsi ilə yekunlaşıb.

Finala vəsiqə qazanan digər iştirakçı “Real Madrid” klubudur.

istinad:oxu.az