Fatmayıda evdən 35 000 manatlıq qızıl oğurlanıb

0
72

Abşeronunun Fatmayı kəndində evdən 35 000 dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən kənd sakini Cavidan Əliyarov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

terefsiz.az