Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) iki günlük noyabr iclasının nəticələrinə görə uçot dərəcəsini ardıcıl dördüncü dəfə 50 baza bəndi artırıb – 4,25-4.50 %-dək.
“Terefsiz.az” xəbər verir ki, bu barədə FED məlumat yayıb.
“Açıq Bazar Komitəsi uzun müddət ərzində maksimum məşğulluğa və 2 % inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 4,25-4,50%-ə qaldırmaq qərarına gəlib”, – məlumatda qeyd olunub.
Komitənin bütün üzvləri bu qərarın lehinə yekdilliklə səs veriblər.
FED 2022-ci ilin əvvəlindən yeddinci dəfə uçot dərəcəsini artırıb.