“Ferrari” avtomobillərinin satışı azalıb

0
279

“Ferrari” şirkətinin istehsal etdiyi avtomobillərin satış faizi aşağı düşüb.

Terefsiz.az saytının “Bloomberg”-ə istinadən verdiyi xəbərə görə, əvvəlki üç ayda satış 23 faiz olub. 

Bu ay göstərici bir qədər də aşağı düşüb. Belə ki, 2019-cu ilin ikinci rübündə satış 8 faizi keçməyib.

“Bloomberg” nəşrinin yazdığına görə, maşınqayırma sənayesi tənəzzül dövrünü yaşayır. Bunun qarşısını almaq üçün elektromobillərin istehsalına daha çox vəsait sərf etmək lazımdır.

Terefsiz.az