FES növbəti dəfə uçot dərəcəsini 50 və ya 75 baza bəndi artırmağa hazırdır

0
100

ABŞ Federal Ehtiyat Sistemi (FRS) ölkədə yüksək inflyasiya ilə mübarizə aparmaq üçün iyulun sonunda baza faiz dərəcəsini 50 və ya 75 baza bəndi artırmağa hazırdır.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Federal Ehtiyat Sisteminin açıq bazar üzrə rəhbər komitəsinin iyunun 14-15-də keçirilən iclasının hesabatında göstərilib.

“Qarşıdakı iclaslarda mümkün tədbirlərin qəbulunu müzakirə edərkən, iştirakçılar komitənin məqsədlərinə (inflyasiya hədəfi 2% – Red) nail olmaq üçün uçot dərəcəsinin davamlı artırılmasının məqsədəuyğun olacağını gözləməkdə davam edirlər. Xüsusilə, iştirakçılar növbəti iclasda 50 və ya 75 baza bəndi dərəcəsinin artırılmasının məqsədəuyğun olacağını bildiriblər”-, məlumatda deyilir.

Beləliklə, maliyyə tənzimləyicisi ABŞ iqtisadiyyatında ləngimə olsa belə, inflyasiya ilə mübarizə aparmağın vacibliyini vurğulayıb.

“İclasın iştirakçıları sərtləşdirmə tədbirlərinin bir müddət iqtisadi artımı ləngidə biləcəyini etiraf ediblər, lakin onlar hesab edirlər ki, inflyasiyanın 2%-ə qaytarılması davamlı əsasda maksimum məşğulluğa nail olmaq üçün çox vacibdir”, – protokolda bildirilib.

terefsiz.az