Fevralın 5-də Yasamalda məktəbli qıza şillə vuran şəxsə hökm oxunub

0
607

Fevralın 5-də Yasamalda məktəbli qıza qəfil şillə vuran şəxsə hökm oxunub.

Məhkəmə 29 yaşlı Əhməd Hüseynovu CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilərək altı ay müddətinə həbs cəzası verib.

Əhməd həmin gün marketə gedərkən küçədə yüksək səslə söyüşlər söyüb və qarşısına çıxan 11-ci sinif şagirdi A.Q.-nin üzünə qəfil şillə vurub.

Məhkəmədə Ə.Hüseynov əməlindən peşman olduğunu bildirib:

“Həmin gün etdiyim hərəkətlərin mahiyyətini dərk edib, düz etmədiyimi başa düşdüm, amma nədənsə həmin hərəkətləri etmək içimdən gəldiyi üçün bunu etdim. Həmçinin həmin gün televizorda göstərilən şou-proqramda olduğu kimi, insanlarla zarafat edən şəxslər kimi hərəkət etdim”.

 

TEREFSİZ.AZ