FHN əməkdaşları mənzildə meyit tapıblar

0
129

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Nizami rayonunda bağlı qapı arxasında meyit aşkarlayıblar.

Terefsiz.az FHN-in mətbuat xidmətindən əldə etdiyimiz xəbərəistinadən bildirir ki, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1972-ci il təvəllüdlü Hüseynova Könül Fərrux qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

istinad:oxu.az