FHN: “Hatayda zəlzələ nəticəsində xilasedicilərimiz arasında xəsarət alan yoxdur”

0
70

“Hatayda zəlzələ nəticəsində Fövqəladə Hallar Nazirliyinin xilasedicələri arasında xəsarət alan yoxdur”.

Bunu  Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhətçisi Turqay Abbaslı deyib.

“Bildiyiniz kimi, bir necə dəqiqə əvvəl Türkiyənin Hatay şəhərində güclü zəlzələ baş verdi. Zəlzələ nəticəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin arasında xəsarət alan olmayıb. Hazırda qüvvələrimiz tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir”, – FHN rəsmisi vurğulayıb.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.

terefsiz.az