Ficidə 7,2 bal gücündə zəlzələ olub

0
165

Sakit okeanın cənubunda yer alan Fici adalarında 7,2 bal gücündə zəlzələ baş verib.

“Terefsiz.az” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Qurum zəlzələnin episentrinin Suva şəhərindən 710 kilometr cənub-şərqdə olduğunu açıqlayıb.

İlk araşdırmalara görə, yerin 160 kilometr dərinliyində baş verən 7,2 bal gücündə zəlzələdə can və mal itkisi yoxdur.

Zəlzələdən sonra sunami xəbərdarlığının olmadığı qeyd edilib.

terefsiz.az