FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib

0
71

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Arkadi Dvorkoviç prezidenti İtaliyadakı U-20 dünya çempionatında qızıl medal qazanmış Azərbaycan təmsilçiləri Gövhər BeydullayevaAbdulla Qədimbəyli-ni təbrik edib.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, bağlanış mərasimindən sonra qaliblərlə görüşən funksioner onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Bunda öncə isə dünya çempionlarına qızıl medal və kubok təqdim olunub. Onların şərəfinə Azərbaycan himni səsləndirilib.

terefsiz.az