FIDE reytinqi: Rəcəbov mövqeyini qoruyub, Məmmədyarov geriləyib

0
67

Beynəlxalq Şahmat Federasiyası (FIDE) aprel ayı üçün reytinq cədvəlini açıqlayıb.

“Terefsiz.az” FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın cəmi bir təmsilçisi yer alıb.

Teymur Rəcəbov 2747 xalla 10-cu sıradakı mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov isə 2738 xalla bir pillə geriləyərək, 16-cı yerə enib.

Qədir Hüseynov (2661) 4 pilləlik irəliləyişlə 79-cu sıraya yüksəlib. Rauf Məmmədov (2646) isə 100-cü sıradan 98-ci pilləyə qalxıb.

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2853) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) ikinci, çinli Din Liren (2788) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2449) 23-ci, Ülviyyə Fətəliyeva (2401) 52-ci, Gövhər Beydullayeva (2375) 71-ci, Gülnar Məmmədova (2349) 96-cı yerdə qərar tutub. Xanım Balacayeva isə ilk “100-lüy”ü tərk edib.

Qadınların reytinqinə çinli Xou İfan (2628) başçılıq edir. Onu hindistanlı Xampi Koneru (2676) və FIDE bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina (2565) izləyirlər.

terefsiz.az