Rusiya Futbol İttifaqı FİFA-nın tələbi əsasında “Anji” klubunu cəzalandırıb.
Terefsiz.az xəbər verir ki, bu haqda klubun yaydığı məlumatda bildirilib. Qərara əsasən, komandanın eks futbolçusu Yannik Boliyə yaranmış borca görə Mahaçqala təmsilçisinin 6 xalı silinib.
Bir neçə il əvvəl Roberto Karlos, Samuel Eto’o kimi superulduzlar transfer etmiş “Anji” indi çətin günlərini yaşayır. Maddi problemlərə görə klub indi birinci divizionda yarışır və son pillələrdədir.