FIFA Azərbaycan millisinin üzvünə görə “Bursaspor”u cəzalandırıb

0
67

FIFA Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərova görə Türkiyənin “Bursaspor” komandasına transfer qadağası qoyub.

“Terefsiz.az” II liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, buna klubun müqavilə şərtlərini yerinə yetirməməsi və oyunçuya olan borcunu tam ödəməməsi səbəb olub.

Qərara əsasən, “Bursaspor” qarşıdakı iki transfer dönəmində heyətinə yeni futbolçu qata bilməyəcək.

Ali futbol qurumu klubu xorvatiyalı futbolçu Luka Tsapanın şikayəti əsasında cərimələyib. Ələskərov və Tsapanla yanaşı, Tim Matavj və Regi Ofosunun müqaviləsindəki öhdəlikləri də yerinə yetirməyib.

Qeyd edək ki, Namik Ələskərov 2021/2022 mövsümündə Türkiyə klubunun formasını geyinib. Komanda II liqaya düşdükdən sonra futbolçu azad agent kimi “Sabah”a keçib.

terefsiz.az