FIFA-dan yenilik: Qol sevinci zamanı itirilən dəqiqələr əsas vaxta əlavə olunacaq

0
86

FIFA oyunlarda vaxt itkisinin qarşısını almaq üçün yeni qaydalar tətbiq etməyə hazırlaşır.

“Terefsiz.az” “Marca”ya istinadən xəbər verir ki, bu məsələ Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (IFAB) həftəsonu keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

FIFA qol sevincləri zamanı itirilən dəqiqələrin də matçın əsas vaxtına əlavə olunmasını istəyir. Yeni qaydanın bu ilin iyunundan tətbiq olunacağı gözlənilir.

terefsiz.az