Filippində güclü zəlzələ olub

0
72

Filippinin Mindanao adasında 6,1 bal maqnitudada zəlzələ olub.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri əhalisi 105 min civarında olan Mati şəhərindən 55 km cənubda yerləşib.

Məlumata görə, zəlzələnin ocağı 60 km dərinlikdə qeydə alınıb.

Ölən və dağıntılar məlumat mövcud deyil, habelə sunami təhlükəsi ilə bağlı elan verilməyib.

TEREFSİZ.AZ