Firdovsi Əliyev: “70 texnika və 300 əməkdaşımız yanğının söndürülməsinə cəlb olunub”

0
111

Artıq 5-ci gündür ki, yanğın şimal bölgəsini öz ağuşuna alıb. Şabran, Siyəzən, Quba və Xaçmaz rayonlarında yanğının miqyası böyükdür. Buna səbəb havanın küləkli keçməsidir. Elə gün olurdu küləyin sürəti 18-22 m/san-ə qalxırdı“.

terefsiz.az” xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Nazirlik olaraq 70 texnika və 300 əməkdaşımız, eləcə də FHN-in şəxsi heyəti, amfibiya təyyarəsi yanğının söndürülməsinə cəlb olunub. Bütövlükdə 4 min hektarı əhatə edir“, – nazir müavini deyib.

terefsiz.az