“Fitch” İpoteka və Kredit Zəmanət Fondunun reytinqini təsdiqləyib

0
62

“Fitch” beynəlxalq reytinq agenttliyi İpoteka və Kredit Zəmanət Fondunun xarici və yerli valyutada uzunmüddətli reytinqini ölkə reytinqinə bərabər səviyyədə – “BB+” olmaqla təsdiqləyib.

“Terefsiz.az” Fonda istinadən xəbər verir ki, reytinq üzrə proqnoz “Müsbət”dir.

“Fitch” qərarında Fondun dövlətə məxsus olmasını, yaradıldığı gündən onun fəaliyyətinə ciddi nəzarət edilməsini və davamlı dəstəklənməsini, ölkənin sosial-iqtisadi siyasətində strateji əhəmiyyətə malik olmasını nəzərə alıb. Agentlik Fondun qeyri-kommersiya missiyasına baxmayaraq, yüksək maliyyə dayanıqlılığını, aktivlərin keyfiyyətini, likvidlik mövqeyini xüsusi qeyd edib.

terefsiz.az