Fiziki məhdudiyyət,oxumağa əngəl deyil!

0
171

 

Fiziki məhdudiyyət,oxumağa əngəl deyil!

Belə gözəl hadisəyə laqeyd qalmaq olmazdı.Uğurları ilə yaşıdlarını geridə qoyan Fidan,həm səlist danışığı, həm dünya görüşü və dərslərində əldə etdiyi uğurlara bizə göstərir ki,gələcəyimiz öz əlimizdədir.

Biz “TEREFSİZ.AZ” saytı olaraq əlimizdən gəldiyi qədər bu gözəl hadisəni işıqlandırmağa çalışdıq.

Evdə təhsil almağına baxmayaraq Fidan,dəfələrlə müxtəlif təhsil müsaqibələrində yer tutmuş fəxri fərman və diplomlarla təltif olunmuşdur.

Fidan Cəbr fənninə xüsusi marağını ifadə edir və həmçinin bədii kitablar oxumağı da sevdiyini qeyd edir.Evdə oxumağın müsbət və mənfi tərəflərini sadalayan bu uğurlu qızcığaz hal hazırda 8-ci sinifdə oxuyur.

Rahatlıq baxımından evdə təhsil almağın yaxşı olduğunu qeyd edən Fidan,digər tərəfdən  insanlarla ünsiyyətdə ola bilməməsindən heyfislənir.Fidan peşə seçimi olaraq isə düzgün yerinə yetirə biləcəyi bir peşəni istədiyini söyləyir.

Həqiqətən bu gənc qızın dediyi kimi ətrafınızda pozitiv insanlar varsa,siz də pozitiv olursunuz.Heç bir çətinliyə baxmayaraq,yorulmadan,usanmadan oxuyan,uğur qazanan sabaha nikbin baxan Fidan kimi gənclər olduqca həmişə ümid var sabaha.

Fidan bizə bir daha xatırlatdı ki,həqiqi məhdudiyyət bədəndə deyil beyindədir, şərtlər nə olur olsun bir insan əgər bir şeyi etməyi beyninə qoyarsa və bu istiqamətdə,ağılla,səbirlə,təmkinlə  çalışarsa istədiyini  əldə edər ümid edirəm ki,Fidan kimi gənclər öz yaşıdlarına,gənclərə və həm də müəyyən səbəblərdən evdə oxuyan və ya fiziki məhdudiyyəti olan digər bütün şəxslərə örnək olar.

Parlaq gələcək, belə parıldayan gənclərlə mümkündür

 Qeyd edək ki,Azərbaycanda təhsilini evdə alan sağlamlığı məhdud şagirdlərin sayı 8456 nəfərdir. Ağdam 1 nömrəli tam orta məktəbin şagirdi Fidan Quliyeva da təhsilini evdən davam etdirir.

TEREFSİZ.AZ