“Formula 2” üzrə Azərbaycan Qran-prisində sprint yarışı başa çatıb.
“Terefsiz.az” xəbər verir ki, “Prema Racing”dən Oliver Bearman qalib olub.
Sonlara yaxın zərcirvari qəza olub və dörd pilot mübarizəni dayandırıb. Ümumilikdə 11 sürücü sonadək yarışa bilməyib.
Qeyd edək ki, ikinci dərəcəli pilotların yarışında ötən gün “Prema Racing”dən Oliver Bearman həm sərbəst yürüşdə, həm də sıralama turunda lider olub.
Bakıdakı yarış aprelin 30-da başa çatacaq.