Fövqəladə Hallar naziri : “Sumqayıtda yanğın zamanı heç bir ekoloji problem yaranmayıb”

0
213

“Bu yanğın zamanı heç bir ekoloji problem yaranmayıb. Fövqəladə Hallar Nazirliyinin laboratoriyası bir neçə saat əvvəl mütəmadi olaraq cihazlarla, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cihazları ilə birgə araşdırma aparıb”.

Bunları fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

“Havada heç bir ciddi zərər müşahidə olunmayıb”, – nazir əlavə edib.

K.Heydərov yanğının baş verdiyi ərazidə közərmələrin olacağını, növbətçi yanğınsöndürən maşınların ərazidə səhərə qədər ərazidə qalacağını əlavə edib.

Xatırladaq ki, dünən axşam 18:20 radələrində Sumqayıtda Azərsun Sənaye Parkında güclü yanğın başlamışdır, indiyə kimi davam edən yanğın müəyyən qədər kontrol altına alına bilib.

Yanğına aşağıdakı qüvvələr cəlb olunmuşdu:

• Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti;

• Mülki müdafiə qoşunları;

• Sumqayıt Regional Mərkəzinin müvafiq qüvvələri;

• Aviasiya dəstəsinin 2 ədəd helikopteri;

YANĞININ SƏBƏBİ

İlkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, yanğın kompleksin ərazisində plastik tullantıların atıldığı yerdən başlayaraq ərzaq və digər anbarlara yayılmaqla geniş ərazini əhatə etmişdir.

“Azərsun Sənaye Parkı”nda yanğın məhdudlaşdırılıb

Qeyd edək ki, ümumilikdə təqribən 5000 kv.m sahədə baş vermiş yanğın 4000 kv.m sahədə söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir.

TEREFSİZ.AZ