Fransa – Albaniya oyununda rəzalət

0
150
“AVRO-2020″nin seçmə mərhələsi çərçivəsində ötən gecə baş tutan Fransa – Albaniya matçında kuryoz hadisə yaşanıb.
Terefsiz.Az xəbər verir ki, matçdan əvvəl stadionda Albaniya himni əvəzinə əvvəlcə Andorra, ardınca isə Monteneqro himni səsləndirilib.
Bu azmış kimi, stadionun diktoru bu cür yanlışlığa görə də Ermənistandan üzr istədiklərini bildirib. Albanlar isə doğru himn çalınana qədər oyuna başlamağı rədd ediblər. Nəticədə qarşılaşmanın startı təxminən 5-6 dəqiqə gecikib.
Qeyd edək ki, Fransa – Albaniya görüşü meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.