Fransa paytaxtının kommersantları dövləti məhkəməyə verməyə hazırlaşır.

0
146

Fransanın paytaxtı Parisin Yelisey çöllərində yerləşən ticarət məntəqələri dövləti məhkəməyə verməyə hazırlaşırlar.

Terefsiz.az saytı “Report” – a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Fransanın Ticarətçilər Konfederasiyasının prezidenti Fransis Palombi bildirib.

Kommersantlar dövləti “təhlükədə olan ticarətə yardım etməməkdə” təqsirləndirirlər. Belə ki, Yelisey çöllərində aksiya keçirmək qadağan olsa da, bir qrup aksiya iştirakçısı polis və jandarmların səylərinə baxmayaraq, Yelisey çöllərinə daxil olaraq ticarət obyektlərinə ziyan vurmağa nail olublar. 

Bildirilir ki, kommersantlar növbəti həftə məhkəməyə şikayət ərizəsi ilə müraciət edəcəklər.

Terefsiz.az