Fransa XİN: Gürcüstan Aİ-yə üzv olmaq üçün zəruri ilkin şərtlərə malik deyil

0
97

Avropa İttifaqının (Aİ) Gürcüstana təşkilata üzv olmaq üçün namizəd statusunun verilməsindən imtina etməsi zəruri ilkin şərtlərin olmaması ilə bağlıdır.

“Terefsiz.az” TASS-a istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna Senatın beynəlxalq məsələlər, müdafiə komissiyasının iclasında ona ünvanlanan suala cavabında bildirib.

“Ukrayna və Moldovadan fərqli olaraq Gürcüstana namizəd statusunun verilməsinə yanaşmalardakı fərq Avropa Komissiyasının rəyi ilə izah olunur”, – Kolonna deyib.

Onun sözlərinə görə, Avropa Komissiyası belə qənaətə gəlib ki, Gürcüstanda iqtisadi, islahatlar, eləcə də qanunun aliliyi ilə bağlı vəziyyət Ukrayna və Moldovada olduğu kimi deyil. Bu isə hazırda ona namizəd statusunun verilməsinə imkan vermir.

Eyni zamanda nazir Gürcüstanın Avropa perspektivinə malik ölkə kimi tanındığını vurğulayıb.

terefsiz.az