Fransa Xorvatiyaya uduzub, Danimarka Avstriyanı məğlub edib

0
105

UEFA Millətlər Liqasında IV turun növbəti matçları keçirilib.

“TEREFSİZ.AZ”ın məlumatına görə, turun ikinci oyun günündə A, B və C Liqalarında 5 görüş baş tutub.

A Liqasının 1-ci qrupunda lider Danimarka Avstriyanı qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb. Axırıncı pillədəki Fransa isə Xorvatiya ilə ev oyununda məğlubiyyətə uğrayıb – 0:1. Bununla da son dünya çempionlarının qrup lideri ola bilməyəcəyi dəqiqləşib.

Rusiyanın diskvalifikasiyası fonunda B Liqasının 2-ci qrupunda yeganə görüşü İslandiya və lider İsrail arasında olub. Matç məhsuldar heç-heçə ilə yekunlaşıb – 2:2.

Nəhayət, C Liqasında 3-cü qrupun liderlik uğrunda matçında Qazaxıstan Slovakiyanı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 10-a çatdıran Qazaxıstan ən yaxın izləyicisini 4 xal geridə qoyub. Azərbaycan millisi isə qrupda ilk qələbəsini Belarus üzərində qazanaraq, 4 xalla 3-cü pilləyə qalxıb.

UEFA Millətlər Liqası
IV tur
13 iyun

A Liqası

1-ci qrup

22:45. Danimarka – Avstriya – 2:0

Qollar: Yonas Vind, 21. Andreas Skov Olsen, 37

22:45. Fransa – Xorvatiya – 0:1

Qol: Luka Modriç, 5 (pen.)

Xal durumu: Danimarka – 9, Xorvatiya – 7, Avstriya – 4, Fransa – 2

B Liqası

2-ci qrup

22:45. İslandiya – İsrail – 2:2

Qollar: Yon Daqur Torstaynsson, 9. Torir Yohan Helqason, 60 – Daniel Leo Qretarsson, 35 (öz qapısına). Dor Perets, 65

Xal durumu: İsrail – 5, İslandiya – 3, Albaniya – 1

C Liqası
3-cü qrup

18:00. Qazaxıstan – Slovakiya – 2:1

Qollar: Yan Voroqovski, 18. Elxan Astanov, 39 – Matuş Bero, 51

20:00. Azərbaycan – Belarus – 2:0

Qollar: Mahir Emreli, 76. Ramil Şeydayev, 90+3

Xal durumu: Qazaxıstan – 10, Slovakiya – 6, Azərbaycan – 4, Belarus – 2.