Fransada 400-dək uşaq zəhərlənib

0
131

Fransanın O-de-Sen kommunasında (Parisin mərkəzi) yerləşən məktəbdə kütləvi zəhərlənmə qeydə alınıb.

“TEREFSİZ.AZ”ın “Figaro”ya istinadla xəbərinə görə, 363 şağird və 20 müəllim qidadan zəhərlənib.

Onların hamısında qusma və mədə ağrısı qeydə alınıb. Hadisəyə görə məktəbin yeməkxanası bağlanıb və qidalardan nümunə götürülüb. Xəstələrə ilkin yardımdan sonra əksəriyyəti evə buraxılıb. Hadisə yerində dövlət qurumları işləyir.

 

TEREFSİZ.AZ