Fransada bara silahlı hücum zamanı 6 nəfər xəsarət alıb

0
153

Fransada bara silahlı hücum edilib.

Terefsiz.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.

Bildirilir ki, hadisə Marsel şəhərində baş verib. Məlumata görə, naməlum silahlı barın müştərilərinə atəş açıb. Nəticədə nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Cinayətkar motosikletlə ərazidən uzaqlaşıb. Hadisənin baş verdiyi yer polis tərəfindən əhatəyə alınıb. Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini və cinayətkarın şəxsiyyətini müəyyənləşdirir.

Hücumun səbəbi barədə heç nə məlum deyil. Lakin yerli KİV güman edir ki, söhbət yerli cinayətkar qruplaşmalar arasındakı qarşıdurmadan gedir. İlin əvvəlindən bu cür qarşıdurmalar zamanı Marseldə 10nəfər öldürülüb.