Bu gün Fransanın qərbində, Potanezen rayonundakı məscidin yaxınlığında atışma olub.
“RİA Novosti” – yə istinadən Terefsiz.az saytı xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Kristof Kastaner öz “Twitter” səhifəsində yazıb.
Atəş nəticəsində məscidin imamı və bir neçə nəfər yaralanıb.
Silahlı şəxs gizlənməyi bacarıb. Polis axtarışlara başlayıb.
Naməlum şəxsin saxlanılması üçün mobil polis qrupları yaradılıb.
Terefsiz.az