Fransada mer sakinlərə həftəsonu və bayram günlərində ölməyi qadağan etdi

0
186

Fransanın Luar bölgəsinin Qrell kommunasının meri İzabell Dujel maraqlı sərəncam imzalayıb. 

Terefsiz.az “RİA Novosti”-ə istinadən xəbər verir ki, sərəncama əsasən, sakinlərə həftə sonu və tətil günlərində evdə ölmələrini qadağan edilib.

Sərəncam cəmiyyətdə həkim çatışmazlığına diqqəti cəlb etmək üçün imzalanıb.

Dujel problemin həddindən artıq mütəxəssis çatışmazlığı ilə əlaqəli olduğunu vurğulayıb. O, qeyd edib ki, mövcud problem qısa müddət ərzində həll olunmalıdır.

“CNews” telekanalı qeyd edir ki, mer keçən bazar günü kommuna sakinlərindən birinin ölümünü təsdiqləyəcək həkim tapa bilmədiyindən sonra bu barədə sərəncam imzalayıb.

Belə ki, ölümün səbəbini təyin etmək üçün müraciət edilən həkim növbədə olub, təcili yardım briqadası isə mütəxəssis çatışmazlığından əziyyət çəkən digər kommunaya aid olub. Axtarışlardan sonra lazım olan həkimi qonşu rayondan tapmaq mümkün olub.

Mer eyni vəziyyətin təkrarlanmaması və problemə diqqət çəkmək üçün müvafiq sərəncam qəbul edib.

istinad:oxu.az