Fransada “sarı jiletlilər”in aksiyasında qarşıdurma yaranıb, saxlanılanlar var.

0
180

Fransada “sarı jiletlilər” artıq 50-ci həftədir hökumət əleyhinə aksiya keçirir.

Terefsiz.az saytı “Anadolu” agentliyinə istinadən xəbər verir ki, etirazçılar prezident Emmanuel Makronun və hökumətin istefasını tələb edirlər.

Aksiyaçılar xüsusi olaraq Belvil dairəsində toplaşıblar. Etirazçılar zibil yeşiklərini yandırıblar, polislə qarşıdurma baş verib. Sent-Etyendə polislə nümayişçilər arasında gərginlik yaranıb. Aksiyaçılar bir neçə küçəni bağlayıblar. Asayiş keşikçiləri nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib. Məlumata görə, aksiyanın 6 iştirakçısı polis tərəfindən saxlanılıb.

Aksiyalarla bağlı metropolitenin bir neçə stansiyası bağlanıb. Etirazlar ölkənin bir neçə şəhərində davam edib. Fransanın Dаxili İşlər Nazirliyi aksiyaları şərh etməyib.

Terefsiz.az