Fransanın daxili işlər naziri Jerald Darmanin bildirib ki, bir çox britaniyalı azarkeşlər Çempionlar Liqasının finalına baxmaq üçün “Stad de Frans” stadionuna biletsiz və ya saxta biletlə girməyə cəhd edib.
Bu barədə “TEREFSİZ.AZ” “TASS”a istinadən xəbər verir.
O, xuliqanların qarşısını alan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib.
Qeyd edək ki, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) polis, hakimiyyət orqanları və Fransa Futbol Federasiyası ilə birlikdə Çempionlar Liqasının finalı öncəsi baş verən iğtişaşlarla bağlı vəziyyəti təcili nəzərdən keçirəcək.
TEREFSİZ.AZ