Koronavirusun dünyada “at oynaddığı” bir dövrdə bu haqda hər yanda müxtəlif cür fikirlər səslənir. Dünyanı əsas bu virusa qarşı peyvəndin yaradılması və onun tezliklə istifadəsi düşündürür.
Terefsiz.az xəbər verir ki, fransanın “LCI” özəl kanalına koronavirusa qarşı mübarizə üsulları və peyvəndin hazırlanması haqqında verilişə Fransanın öndə gedən iki həkimi Jean-Paul Mira və Camille Locht dəvət alıb. Diqqətinizə çatdıraq ki, “LCI” kanalı TF1 şirkətinin qoludur və 1987 ildən “Bouygues” tərəfindən özəlləşdirilib.
Jean-Paul Mira və Camille Locht arasında baş tutan dialoq fransa ictimaiyyətini lərzəyə gətirib desək heç də yanlış etmərik. Onu da nəzərinizə çatdıraq ki, Camille Locht Fransa milli tibbi araşdırmalar ve tibb institutunun arasdırmaçı direktorudu, Jean-Paul Mira isə “Cochin” xəstəxanasının reanimasiya şöbəsinin müdürüdür.
Sizə fransız dilindən dialoqun tərcüməsi təqdim edirik:
Jean-Paul Mira :”Əgər provakator ola bilərəmsə , maskaları, müalicələrin və reanimasiya çarpayılarının olmadığı Afrikada bu araşdırmanı (koranavirusla bağlı) aparamalı deyilikmi? Bundan basqa bu bir az QICS haqqında bəzi araşırmalar kimidir. Məsələn, fahişələr qorunmadığı və yüksək risk daşıyıcıları olduğu üçün onların üzərində sınaqlar keçiririk”. Camille Locht:”Siz haqqlısınız. Hal-hazırda bununla yanaşı olaraq Afrikada arasdirmalar haqqında düşünürük”. (red.- tərcümə fransız dili mütəxəssisi tərəfindən edilib)
Bu dialoq fransız xalqı tərəfindən bir mənalı qarşılanmayıb və həkimlər irqçilikdə iddiham edilərək, vəzifələrindən uzaqlaşdırılması tələbi ilə qarşı-qarşıya qalıblar. Bu cür fikirlərin fransanın adlı-sanlı həkimlərindən eşitmək fransız ictimaiyyətində yol verilməz hal kimi qiymətləndirilib.