Kiprin “Apollon” futbol klubunun prezidenti Nikos Kirzisin evi qarət olunub.
Terefsiz.az xəbər verir ki, bu barədə “Filelefteros” qəzeti yazır.
Nəşrin məlumatına əsasən, hadisə şənbə günü, dekabrın 14-də Kirzisin komandasının oyunu zamanı baş verib.
Siqnalizasiya klubun prezidenti evindən çıxdıqdan təxminən yarım saat sonra işə düşüb.
Naməlum şəxslər Kirzisin evinə girərək qiymətli əşyaları, o cümlədən təxminən 20 min avro dəyərində saat götürüblər.
Polis faktla bağlı araşdırma aparır.