“Yuventus”un futbolçusu Moyze Kin futbola gəlişi haqda danışıb.
Terefsiz.az Qol.az-a istinadən xəbər verir ki, “The Player Tribune”yə açıqlamasında çətin, keçməkeşli uşaqlıq həyatı keçirdiyini deyən 19 yaşlı hücumçu futbol oynamaq üçün diləndiyini və hətta bəzən oğurluq etdiyini bildirib:
“Uşaqkən çox kasıb idik. Futbol oynamaq üçün rahibin topunu oğurlamışdım. Kilsənin arxasında 6 nəfərlik komandalarla futbol oynayırdıq. Hər bir komanda oynamaq üçün 10 avro ödəməli idi. Qalib gələn komanda yığılan pulu qazanırdı. 10 avronu tapmaq üçün bütün həftəni dilənirdim, oğurluq edirdim. Astidə hər həftə bir matç vardı. Zədələnərkən ağrısam belə, özümü heç nə olmamış kimi aparırdım. Çünki heç kim kömək etməyəcəkdi. Futbolu belə öyrəndim. Futbolu öyrənərkən həyatın da onun kimi enişli-yoxuşlu olduğunu öyrəndim”.
Qeyd edək ki, Moyze Kin 2016-cı ildən “Yuventus”da çıxış edir. O, 2017-2018-ci illər mövsümündə icarə əsasında “Verona”da oynayıb.