Terefsiz.az xəbər verir ki, Nizami rayonu, Kamil Balakişiyev 122, 124 ünvanında yerləşən ” FVS İnşaat MTK ” – ya məxsus yaşayış binasında yaşayan sakinlərə evlərinin çıxarışı verilməsi ilə əlaqədar tədbir təşkil olunub.
Tədbir bu gün saat 11:00 radələrində baş tutub.
Sakinlər üçün təşkil olunmuş tədbirdə ” FVS İnşaat MTK ” – nın əməkdaşları və ” Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsi ” – nin əməkdaşları da iştirak edib.Tədbirin sonunda ” ƏMDK ” tərəfindən gətirilmiş xidmət avtobusunda sakinlərə yerindəcə çıxarışları təqdim olunub.
Terefsiz.az